Ustalar gedəndən sonra ən çətin hissə başlayır. İncə tikinti tozu hər yerə oturur — radiatorun dilimlərinə, pəncərə çərçivəsinə, şkafın üstünə, elektrik yuvalarının içinə. Adi süpürgə onu təmizləmir, sadəcə havaya qaldırır.
Ən çox yeni tikililərdən zəng gəlir: Yeni Yasamal, Ağ Şəhər, Xətai boyu yeni komplekslər, Xırdalan, Masazır, Bakıxanov. Təhvil alınmış mənzil kağız üzərində hazırdır, real həyatda isə hələ yaşamalı deyil.
Bu ayrıca xidmətdir və qiyməti də ayrıdır. 40 kvadratadək 160 manat, 80 kvadrat 235, 100 kvadrat 260, 200 kvadrat 465 manat. Adi təmizlikdən baha olması təsadüfi deyil — burada iş həcmi üç dəfə çoxdur.
Nə edirik: tozu mərhələlərlə bütün səthlərdən götürürük, boya və gips ləkələrini təmizləyirik, pəncərə və çərçivələri yuyuruq, skotç və yapışqan qalıqlarını qaldırırıq, radiatorlar, ventilyasiya barmaqlıqları, qapı yuvaları, santexnikanın son cilalanması.
Bir vacib məqam. Toz iki keçiddə çıxır. Birinci dəfədən sonra havada qalan hissə yenidən oturur, ona görə ikinci keçid mütləqdir. Bir dəfəyə təmizlədik variantının nəticəsi səhəri gün göz qabağındadır.
Təmir çoxdan bitibsə və izlər yeyilibsə, kalkulyatorda çirklənmə əlavəsi işə düşə bilər. Belə hallarda dəqiq məbləği foto əsasında deyirik — sifarişlə birlikdə bir neçə şəkil göndərin, çıxışdan əvvəl rəqəmi bilərsiniz.
WhatsApp-a yaz