Müştəri görüşə gələndə ilk gördüyü şey təqdimat deyil, qapıdan içəri girəndəki mənzərədir. Bunu izah etməyə ehtiyac yoxdur.
28 May ətrafında, Port Bakuda, Ağ Şəhərdə, Nizami küçəsində, Xətaidəki biznes mərkəzlərində işləyirik. Kiçik ofis də götürürük, mərtəbə də.
Hesablama sadədir: kvadrat metrə 0.9 manat, minimum sifariş 60 manat. Yəni 100 kvadratlıq ofis bir çıxışa 90 manat edir. Kalkulyatorda Ofis seçib sahəni yazın, dəqiq rəqəmi görəcəksiniz.
Qrafiki siz qurursunuz — hər gün, həftədə üç dəfə, ya da yalnız həftə sonu. Müntəzəm işdə endirim var: həftədə iki dəfəyə 15, üç və daha çox dəfəyə 20 faizədək.
Adamlarınız işləyəndə ayaq altında olmuruq. Açılışdan əvvəl səhər tezdən və ya axşam hamı gedəndən sonra gəlirik. Komanda daimi qalır, hər dəfə yeni sifətlər görməyəcəksiniz — bu, açar və giriş məsələsində də rahatlıqdır.
Çıxışa daxildir: iş masaları və texnika ətrafı, döşəmələr, tualet, mətbəx zonası, görüş otaqları, qəbul, zibilin çıxarılması və paketlərin dəyişdirilməsi. Pəncərələr, ofis kresloları, xalça-mokket ayrıca sifariş olunur.
200 kvadratdan böyük obyektlərdə orta tarif işləmir — menecer gəlib baxır, sonra qiymət deyirik. Kalkulyator belə hallarda sizi birbaşa əlaqəyə yönləndirir.
WhatsApp-a yaz